×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 17 iyun, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2104024701 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 251 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,379.3995 (9.49%) manat və 9,441.1396 (8.49%) manat olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,370,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,397.2205 (9.2%) manat, orta ölçülmüş qiyməti isə 9,408.1696 (9.02%) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 22.02.2024-cü ildir.
Bu gün, həmçinin Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2103024702 dövlət qeydiyyat nömrəli 35 milyon manat həcmində 167 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac təşkil olunub. Hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,605.6485 (8.85%) manat və 9,642.5997 (7.99%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,600,000 manat olub. ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,616.3606 (8.6%) manat, orta ölçülmüş qiyməti isə 9,624.8794 (8.4%) manat olaraq müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 35,000,000 manat təşkil edib. Notların ödəmə tarixi 30.11.2023-cü ildir.

Maliyyə 2023-06-17 15:01:00