×
A
A
A
Sazlamalar

Nyu-York birjası həftəni zərərlə başa vurub

Bakı, 17 iyun, AZƏRTAC

Nyu-York maliyyə birjası həftəni zərərlə başa vurub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, S&P indeksi 0,36 faiz, Nasdaq indeksi 0,68 faiz azalıb. İnvestorlar FED-in pul siyasəti ilə bağlı proqnozunu qiymətləndirməyə davam edərkən, həftənin son ticarət gününün bağlanışında birjalarda mənfi tendensiya müşahidə olunub.
Bundan başqa inflyasiya proqnozları iyun ayında 4,2 faizdən 3,3 faizə enib. Qeyd edək ki, inflyasiya 2021-ci ilin mart ayından bu yana ən aşağı səviyyəyə düşüb. Uzunmüddətli inflyasiya gözləntiləri isə 3 faiz olub.

Maliyyə 2023-06-17 12:52:00