×
A
A
A
Sazlamalar

DOST mərkəzlərində son 5 ayda 300 mindən çox vətəndaşa xidmət göstərilib

Bakı, 17 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında DOST mərkəzlərində 300 mindən çox vətəndaşa xidmət göstərilib. Göstərilən bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz təşkil edib.
Hazırda 6 DOST mərkəzi fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, həmin mərkəzlərdə sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir şəkildə təqdim olunur.
Ötən dövrdə DOST mərkəzlərində ümumilikdə 1,57 milyon vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə bu ilin 5 ayında daha 11 868 min müraciət olub və proqrama 628 nəfər cəlb edilib.
Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.

 

 

 

Sosial 2023-06-17 11:33:00