×
A
A
A
Sazlamalar

Peşə hazırlığı ilə bağlı ictimai dinləmə keçirilib

Bakı, 16 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində peşə hazırlığı fəaliyyətinin təşkili barədə ictimai dinləmə keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Qanunun tələbinə əsasən təşkil olunan tədbirdə nazirlik yanında İctimai Şuranın üzvləri, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, mütəxəssis və ekspertlər iştirak edib.
Agentliyin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev tədbir iştirakçılarına peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar, agentliyin həyata keçirdiyi islahatlar və layihələr barədə məlumat verib. Qeyd edilib ki, hazırda 175 prioritet istiqamət üzrə peşə hazırlığı həyata keçirilir. Əmək bazarı dəyişdikcə, yeni peşə istiqamətləri müəyyənləşdikcə həmin siyahıda yenilənmə aparılır.
Görüşdə peşə hazırlığı sahəsində yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Sosial 2023-06-16 18:35:00