×
A
A
A
Sazlamalar

Əmək, məşğulluq və sosial müdafiə üzrə elektron xidmətlərə son 5 ayda 6,8 milyon müraciət olub

Bakı, 16 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ilin beş ayı ərzində 6,8 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə 15,7 min pensiya, 57,7 min müavinət və təqaüd, həmçinin 618 birdəfəlik ödəmə üzrə təyinat rəqəmsal infrastruktur üzərindən proaktiv qaydada aparılıb.
Yanvar-may aylarında e-qaydada 142,2 min fərdi şəxsi hesab da açılıb, nazirliyin fəaliyyət sahələri üzrə 169,3 min e-arayış verilib.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 5 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 109 milyon olub.

Sosial 2023-06-16 17:48:00