×
A
A
A
Sazlamalar

Azərbaycan əhalisinin sayı 10 milyon 143 min 521 nəfər təşkil edib

Bakı, 16 iyun, AZƏRTAC

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il may ayının 1-i vəziyyətinə 10 milyon 143 min 521 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarətdir.

 

 

Sosial 2023-06-16 17:02:00