×
A
A
A
Sazlamalar

Kreditlərin 97 faizi banklar tərəfindən verilib

Bakı, 16 iyun, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2023-cü il may ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artaraq, milli valyuta ekvivalentində 21005,9 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 17378,1 milyon manatı və ya 82,7 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97 faizi banklar, 3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 12,3 faiz azalaraq 591,8 milyon manat olub və ümumi kredit portfelinin 2,8 faizini təşkil edib.


Maliyyə 2023-06-16 15:31:00