×
A
A
A
Sazlamalar

İsrail və İsveçdən heyvandarlıq məhsullarının idxalına tətbiq edilən müvəqqəti məhdudiyyət aradan qaldırılıb

Bakı, 16 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin bir sıra dairələrində epizootik homorraji, İsveç Krallığının Skane əyalətində isə qeydə alınmış Nyukasl xəstəliyi aradan qaldırılıb.
Həmin ərazilərdə WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Bununla əlaqədar olaraq respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

 

 

Sosial 2023-06-16 10:37:00