×
A
A
A
Sazlamalar

DOST Agentliyi “31-ci Avropa Sosial Xidmətlər Konfransı”nda təmsil olunur

Bakı, 16 iyun, AZƏRTAC

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “31-ci Avropa Sosial Xidmətlər Konfransı”nda iştirak edir. İsveçin Malmö şəhərində keçirilən konfransda 40 ölkədən 670 nümayəndə təmsil olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, "Özünüidarəetmə (muxtariyyət) və inklüzivliyin təşviqində texnologiyanın rolu" mövzusunda keçirilən tədbir İsveç Krallığının Sosial Xidmətlər naziri Kamilla Valtersson Grönvallın açılış nitqi ilə öz işinə başlayıb.
31-ci Avropa Sosial Xidmətlər Konfransında sosial xidmətlərdə texnoloji transformasiyanın sürətləndirilməsi, sosial inklüzivlik və müyəssərlik üçün IT həlləri, Özünüidarəetmə: təşkilati və işçi qüvvəsi inkişafı, qərarvermə üçün data menecmenti mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, konfrans çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa Sosial Şəbəkəsinin Şura üzvlərinin iştirak etdiyi görüşdə iştirak edib. Görüşdə təşkilatla agentlik arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

 

Sosial 2023-06-16 10:33:00