×
A
A
A
Sazlamalar

Qazaxda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub

Bakı, 14 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Qazax şəhərinin Azadlıq küçəsində fəaliyyət göstərən fiziki şəxs Bədəlov Rüfət Cahangir oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi aşkarlanıb. Müəssisədə döşəmə və divarların asan yuyula bilən materialdan hazırlanmadığı, süni havalandırma sisteminin quraşdırılmadığı, un kisələrinin birbaşa döşəməyə və divara bitişik halda yığıldığı, eləcə də müvafiq temperatur və saxlanma şəraitinə riayət edilmədən saxlanıldığı müəyyən edilib. İstehsal edilən çörəyin qablaşdırılmasında məhsulun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsal tarixi, istifadə müddəti, istehsalçının adı və ünvanı barədə məlumatların qeyd edilmədiyi məlum olub.
Faktlarla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

 

Sosial 2023-06-14 13:05:00