×
A
A
A
Sazlamalar

“ASAN xidmət” Ümummilli Liderin 100 iliyinə həsr olunmuş konsert proqramı təşkil edib

Bakı, 14 iyun, AZƏRTAC

Bakının Xətai rayonundakı Heydər Parkında konsert proqramı təşkil olunub. “ASAN xidmət”in və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı, ASAN radionun dəstəyi ilə reallaşdırılan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkda ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstəsi qoyulub.
Sonra Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi və dövlətçilik fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış ediblər.
Konsert proqramı tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzularındakı ifaları ilə davam etdirilib.

 

 

Sosial 2023-06-14 13:28:00