×
A
A
A
Sazlamalar

“Məşğulluğa dəstək layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” ilə bağlı növbəti məlumatlandırma tədbirləri Ağsu və Kürdəmir rayonlarında keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi məlumatlılığı artırmaq və nəzərdə tutulmuş hədəf kateqoriyalarını layihəyə cəlb etməkdən ibarətdir.
İşaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslərin iştirak etdiyi görüşlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Həmçinin layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.
Tədbirdə iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanılıb.

Sosial 2023-06-14 13:15:00