×
A
A
A
Sazlamalar

Nazir müavini: Xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olmuşuq

Bakı, 14 iyun, AZƏRTAC
2018-ci ildə sosial sektorda fəal islahatlar dalğasına başladıq. Biz bu prosesləri rəqəmsal formada aparmalı idik. Bizim rayonlarda 280 müxtəlif qurumumuz var və orada da rəqəmsal xidmətləri təqdim etməyə başladıq. Nazirliyin 20-yə yaxın altsistemi fəaliyyət göstərir. Beş illik təcrübəyə əsaslanaraq deyə bilərəm ki, artıq altsistemdən üstsistemə keçirik.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri dövlət xidmətləri mövzusunda beynəlxalq forumun "Xidmətlərin gələcəyi" panelində deyib.
A.Kərimov bildirib ki, nazirliyin göstərdiyi xidmətlərin 90 faizinin rəqəmsallaşdırılmasına nail olunub: "Xidmətlərin asanlaşdırılması isə istifadəçiləri fəallaşdırdı. Həssas təbəqələr bundan daha çox istifadə edirlər. Nazirlik olaraq benefisiarların gözləntilərini nəzərə almalıyıq. Onu da qeyd edim ki, pandemiya bizə çətinlik yaratsa da rəqəmsallaşma üçün fürsət oldu və onun miqyasının genişlənməsinə vəsilə oldu".

 

 

Sosial 2023-06-14 12:57:00