×
A
A
A
Sazlamalar

Cəlilabadda kartofçuluq təsərrüfatlarında monitorinqlər aparılıb

Bakı, 14 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin vaxtında aşkarlanması və ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Milli Monitorinq Planına uyğun olaraq Cəlilabad rayonunun Muğan, Söyüdlü, Maşlıq, Cəfərxanlı, Bədirli, Əliqasımlı və Ocaqlı kəndlərində yerləşən 32 kartofçuluq təsərrüfatında monitorinqlər aparılıb.
Monitorinqlər zamanı kartof yumrularından və torpaqdan ümumilikdə 56 nümunə götürülərək Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində karantin tətbiq edilməyən zərərli orqanizmlərdən Soya paxlası sista əmələgətirən nematodu, karantin tətbiq edilən zərərli orqanizmlərdən isə kartof yumrularında halqavari bakterial çürümə və Qızılı kartof nematodu aşkarlanıb.
Aşkarlanan zərərli orqanizmlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Sosial 2023-06-14 12:52:00