×
A
A
A
Sazlamalar

“İnsan hüquqları aylığı” çərçivəsində uşaq reabilitasiya və peşə reabilitasiyası müəssisələrində tədbirlər keçirilib

Bakı, 14 iyun, AZƏRTAC

“İnsan hüquqları aylığı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 saylı Uşaq Reabilitasiya Mərkəzində və Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində məlumatlandırma tədbirləri keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Uşaq Reabilitasiya Mərkəzində təşkil olunan dəyirmi masa “Uşaq hüquqlarının müdafiəsi və uşaq əməyinin qarşısının alınması”, Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində təşkil olunan dəyirmi masa isə “İnsan hüquq və azadlıqlarının dövlət təminatı” mövzusuna aid olub.
Hər iki tədbirdə nazirliyin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) Aparatının əməkdaşları tərəfindən müvafiq mövzularda məlumatlar verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Sosial 2023-06-14 12:42:00