×
A
A
A
Sazlamalar

Bu həftə təyyarə reysi ilə 1440 azərbaycanlı zəvvar Həcc ziyarətinə yola düşəcək

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyunun 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Bu barədə AZƏRTAC-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə iyunun 17-21-də ziyarətə yola düşəcəkdir.
Qeyd edək ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə iyulun 5-11-də Vətənə qayıdacaqlar.

Din 2023-06-14 12:19:00