×
A
A
A
Sazlamalar

Son beş ayda sosial müavinətlər üzrə 24, Prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib

Bakı, 14 iyun, AZƏRTAC

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 446 min nəfərə sosial müavinət, 372 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 409 milyon manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 266 milyon manat ödənilib.
Son 5 ayda 57,7 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 486,7 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Sosial 2023-06-14 11:31:00