×
A
A
A
Sazlamalar

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə ilə bağlı saziş təsdiqləndi

Bakı, 9 iyun, AZƏRTAC

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən Azərbaycanla Bosniya və Herseqovina arasında təbii və digər fəlakətlərdən mühafizə ilə bağlı sazişi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” qanun layihəsi parlamentin iyunun 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, tərəflər arasında bu saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.
Qanun layihəsi səsvermədən sonra təsdiq edilib.

Siyasət 2023-06-09 11:58:00