×
A
A
A
Sazlamalar

Cari əməliyyatlar balansının qalığı azalıb

Bakı, 8 iyun, AZƏRTAC

2023-cü ilin birinci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 3.4 milyard dollar və ya ÜDM-in 18.9 faizini təşkil edib. Ötən ilin birinci rübü üzrə isə 3.9 milyard dollar profisit olub.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 7.6 faiz azalaraq 5.1 milyard dollar, qeyri-neft-qaz sektoru cari əməliyyatlar balansının kəsiri isə 10.3 faiz artaraq 1.7 milyard dollar məbləğində olub.


Maliyyə 2023-06-08 19:41:00