×
A
A
A
Sazlamalar

Monteneqro parlamentində və bəzi məktəblərdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub

Podqoritsa, 8 iyun, AZƏRTAC
Monteneqronun paytaxtı Podqoritsada müxtəlif ünvanlarda bomba təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.
AZƏRTAC xəbər verir ki, polisin məlumatına görə, bomba təhlükəsi barədə elektron-poçt vasitəsilə göndərilən xəbərdarlıqdan sonra bütün tədbirlər görülüb və lazımi yoxlamalar aparılıb. Monteneqro parlamentinin binası, eləcə də Podqoritsa, Nikşiç və Biyelo Polyedə bir çox məktəb bomba təhlükəsi səbəbindən boşaldılıb. Məktəblərdə tədris dayandırılıb, şagirdlərin valideynləri məlumatlandırılıb.
Xatırladaq ki, ötən ilin dekabrında Monteneqroda 100-dək məktəbə bomba qoyulması ilə bağlı xəbərdarlıq edilib. Həmin xəbərdarlıqların hamısı əsassız olub.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa

Dünya 2023-06-08 16:36:00