×
A
A
A
Sazlamalar

Goranboy idmançıları üzgüçülük yarışlarında qüvvələrini sınayıblar

Bakı, 8 iyun, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Goranboy idmançıları arasında üzgüçülük yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışdan sonra qaliblərin mükafatlandırılması mərasimində Milli Məclisin Goranboy-Naftalan seçki dairəsindən deputatı Anar Məmmədov, qazilər, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Anar Məmmədov Ulu Öndər Heydər Əliyevin müstəqil və suveren dövlətimizin qurulmasında, bütün sahələrin, o cümlədən də idmanın inkişafında böyük rolu olduğunu vurğulayıb. Deputat gənclərimizin sağlam, vətənpərvər ruhda formalaşmasının dövlətimiz, xalqımız üçün önəmini qeyd edib.
İdmançılara yarışlarda uğurlar arzulayan deputat Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan müxtəlif idman növləri üzrə turnir və yarışların ilin sonuna qədər davam edəcəyini diqqətə çatdırıb.
Yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Regionlar 2023-06-08 15:46:00