×
A
A
A
Sazlamalar

Sosial Xidmətlər Agentliyinin saytı istifadəyə verilib

Bakı, 8 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin saytı (www.sxa.gov.az) istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, saytda sosial xidmətlərə dair qanunvericilik, agentliyin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər, sosial xidmətlərin əhatə etdiyi əhali qrupları, sosial xidmətlərə müraciət qaydaları, sosial layihələr və digər məlumatlarla tanış olmaq mümkündür.

Sosial 2023-06-08 10:55:00