Rusiyada alkoqollu içkidən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb
Moskva, 7 iyun, AZƏRTAC
Rusiyada “Mister sidr” alkoqollu içkisindən zəhərlənərək ölənlərin sayı 29 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, içkinin istehsal olunduğu “Andi” ASC-nin təsisçisi Anar Hüseynov iki ay müddətinə həbs olunub.
Məhkəmə-tibbi ekspertiza içkinin tərkibində metanol olduğunu aşkarlayıb. Hazırda daha 61 nəfər eyni içkidən zəhərlənmə diaqnozu ilə müalicə olunur.
Zəhərlənmə halları Nijni Novqorod, Samara, Ulyanovsk, Udmurtiya və Penza vilayətlərində qeydə alınıb.
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb