×
A
A
A
Sazlamalar

ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın müharibə cinayətlərindən danışılıb

Bakı, 6 iyun, AZƏRTAC

Keçmiş münaqişə (Ermənistan-Azərbaycan münaqişəsi – red.) nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanması ilə bağlı Ermənistanın öhdəliklərinə əməl etməsinə dair davamlı çağırışlarımıza məhəl qoymur. Ağır hərbi cinayətlər və insanlığa qarşı cinayətlərlə bağlı ədalətin təmin edilməsi əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı səsləndirib.
Ceyhun Bayramov Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiq qaldığını, konstruktiv dialoqa açıq olmaqla yanaşı, beynəlxalq hüququn pozulmasına göz yummayacağını və beynəlxalq səviyyədə müvafiq addımlar atmağa davam edəcəyini bildirib.

Siyasət 2023-06-06 21:37:00