Tanınmışlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin səhnəsində
Bakı, 6 iyun, AZƏRTAC
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplardan olan şəxslərin bacarıq və istedadlarının inkişaf etdirilməsi işlərinə tanınmış incəsənət xadimləri cəlb olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, zərb alətləri ifaçısı, Xalq artisti Natiq Şirinov, tarzən, Əməkdar artist Şəhriyar İmanov, kamança ifaçısı Elnur Mikayılov inklüziv yaradıcılıq mühitinə dəstək olurlar.
Onlar, həmçinin Əməkdar müəllim, pianoçu, dosent Naibə Şahməmmədova, Əməkdar müəllim, professor Məleykə Əhədzadə, respublika və beynəlxalq müsabiqələr laureatı Humay Aslanova və digər tanınmış sənət adamları ifaçılıq vərdişlərini benefisiarlarımıza aşılayır, onlarla eyni səhnəni bölüşürlər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları əlilliyi olan gənclər, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, digər həssas qruplara aid şəxslərdir.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb