×
A
A
A
Sazlamalar

İxtisas seçimi ərəfəsində olan şəxslər üçün İxtisas Seçimi Forumu keçiriləcək

Bakı, 6 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı tərəfindən İxtisas Seçimi Forumu keçiriləcək.
İyunun 21-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək forumda iştirakçılar ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, abituriyentlərin kodlaşdırma zamanı diqqətli davranmalı olduğu məqamlar, prosesin psixoloji aspektləri və digər mövzular barədə məlumatlandırılacaq.
Forumda 7-11-ci sinif aralığında təhsil alan şagirdlər, ixtisas seçimi etməkdə çətinlik çəkən şəxslər, valideynlər və şagirdlərinə ixtisas seçimi prosesində daha peşəkar dəstək olmaq istəyən müəllimlər iştirak edə bilərlər.
Forum “Gələcəyin əmək bazarının ixtisas seçiminə təsiri” və “Abituriyentlərin psixoloji stabilliyi və şəxsi həyat balansı” mövzusunda iki paneldən ibarət olacaq.
Forumda iştirak etmək üçün onlayn müraciət formasını doldurmaq tələb olunur.
Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.
Forumun tarixi: 21 iyun, 11:00 - 14:15. Qeydiyyat linki

Sosial 2023-06-06 15:39:00