Gəncədə MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib
Gəncə, 6 iyun, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Ekspertlərinin və Şuranın 76-cı iclası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Rusiya, Belarus, Tacikistan gömrük xidmətlərinin nümayəndələri iştirak edib.
İclasdan əvvəl nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Həmçinin iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdikləri terror nəticəsində dağılan əraziyə gəlib, həlak olan dinc sakinlərini xatirəsini anıb, Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. İclas iştirakçıları dəmir yolu ilə daşınan malların gömrük əməliyyatları və gömrük nəzarəti zamanı gömrük orqanları və daşıyıcıların fəaliyyətinin təşkili, gömrük xidmətləri arasında ekspert və tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanması, malların gömrük dəyəri, eyni zamanda, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məlumat mübadiləsinin reallaşdırılmasına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin üzv dövlətlərin gömrük orqanları tərəfindən nəqliyyat və kommersiya sənədlərinə gömrük orqanlarının möhür və ştamplarının vurulması qaydası və kadr hazırlığı haqqında saziş layihələri ilə bağlı müzakirələr aparılıb.
İyunun 5-də iclas iştirakçıları MDB iştirakçı dövlətlərin gömrük xidmətlərinin kinoloji strukturları arasında keçirilən yarışın açılış mərasiminə də qatılıblar.
Mil-Muğan bölgəsində payız yağışı əkin sahələrində çıxışa müsbət təsir edib - reportaj
Sumqayıtda Beynəlxalq Əlilliyi olan şəxslər Gününə həsr edilmiş tədbir keçirilib
Göyçayda “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
Qubanın Qırız kəndində qar örtüyünün hündürlüyü 12 santimetr olub