×
A
A
A
Sazlamalar

Quldurluqda şübhəli bilinən əvvəllər məhkum olunan şəxs saxlanılıb

Bakı, 6 iyun, AZƏRTAC
Bakıda quldurluqda şübhəli bilinən əvvəllər məhkum olunan şəxs saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimi rayonu ərazisində Goranboy rayon sakini T.Misriyevin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Maksim Abdullayev saxlanılıb.
Araşdırmalarla onun metronun “İnşaatçılar” stansiyasında bir qadının çantasından mobil telefonunu oğurlaması da müəyyən olunub.

Cəmiyyət 2023-06-06 11:42:00