×
A
A
A
Sazlamalar

Vyanada Ukraynada sülhə dair beynəlxalq konfrans keçiriləcək

Vyana, 5 iyun, AZƏRTAC

İyunun 10-11-də Vyanada Ukraynada sülh naminə beynəlxalq konfrans keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Avstriyanın sosial-demokrat və solçu partiyalarının birgə təşkil etdiyi tədbirdə “Sülh naminə Vyana Bəyannaməsi”nin də qəbul ediləcəyi gözlənilir. Bəyannamədə bütün siyasətçilərə Ukraynada atəşkəs və danışıqlar üçün səylərini artırmaq çağırışı ediləcək.
Təşkilat komitənin açıqlamasında bildirilir ki, tanınmış məruzəçilərin qatılacağı tədbirdə müharibənin fəsadları və daha geniş çevrəni miqyas ala bilmə təhlükəsi diqqət mərkəzində olacaq.
Ukraynanın Avstriyadakı səfirliyi isə bu beynəlxalq tədbiri tənqid edib. Səfir Vasil Ximinetsin adından yayılan açıqlamada qeyd edilib ki, konfransın sənədlərində davamlı və hərtərəfli sülhün beynəlxalq hüquqa uyğun və işğal altındakı bütün ərazilərin azad edilməsi göstərilməyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin on bənddən ibarət planını xatırladıb və həmin planın ilk bəndində Rusiya qoşunlarının Ukraynadan çıxarılmalı olduğunu vurğulayıb.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Dünya 2023-06-05 16:09:00