Sumqayıtda Xəzərin sahilyanı ərazisində təmizlik aksiyası
Sumqayıt, 5 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisinə daxil olan Sumqayıtçayın (Xəzər dənizinə tökülür – red.) Sumqayıt şəhəri ərazisindən keçən hissəsində təmizlik aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin, Xızı və Siyəzən rayon Suvarma Sistemləri idarələrinin, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Şəhər Mənzil-Kommunal İdarəsinin əməkdaşları və könüllərin qatıldığı aksiyada Sumqayıtçayın sahilində plastik tullantılar, polietilen torbalar və digər məişət tullantıları toplanıb.
Aksiyaya ekologiya və təbii sərvətlər nazirin müşaviri Firdovsi Əliyev də qatılıb.
Ümumilikdə 1,5 kilometr ərazidən 800-850 kiloqram tullantı toplanaraq, zərərsizləşdirilməsi üçün Sumqayıt şəhər məişət tullantıları poliqonuna daşınıb.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəsmisi Emin Əliəkbərovun sözlərinə görə, yüzdən artıq insanın iştirak etdiyi aksiyanın məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasının təbliği, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısının alınması və gəncləri ətraf mühitin mühafizəsi uğrunda fəal mövqeyə çağırmaq, mübarizəyə cəlb etməkdir.
“Göyçay ensiklopediyası” adlı kitabın təqdimatı olub
Zəngilan şəhərindəki 4-cü yaşayış kompleksində 131 mənzil olacaq
Zəngilan kəndinə birinci mərhələdə 489 sakinin köçürülməsi üçün 127 fərdi ev tikiləcək
Zəngilanda yeni təməli qoyulan uşaq bağçası 160 yerlik olacaq
Zəngilanda 2-ci yaşayış kompleksi “taunhaus” tipli evlərdən ibarət olacaq