×
A
A
A
Sazlamalar

Somalidə 54 sülhməramlı öldürülüb

Bakı, 5 iyun, AZƏRTAC

“Əl-Şəbab” terror təşkilatının yaraqlılarının Somalidəki Afrika Birliyinin bazasına hücumu nəticəsində Uqandanın 54 sülhməramlısı ölüb.
AZƏRTAC xəbər verir ki, bunu Uqanda prezidenti Yoveri Museveni bildirib.
Onun sözlərinə görə, terrorçuların bazaya hücumları Somalinin Baraave şəhərində həyata keçirilib: “Biz komandir də daxil olmaqla həlak olmuş 54 əsgərin cansız cəsədini tapdıq. “Əl-Şəbab” yaraqlıları Baraaveyə növbəti hücuma cəhdi etsələr də, qüvvələrimizin güclü müqaviməti ilə qarşılaşdılar və qaçmağa məcbur oldular”.

Dünya 2023-06-05 07:48:00