ABŞ Dövlət katibi Hakan Fidanı təbrik edib
Bakı, 5 iyun, AZƏRTAC
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni kabinetdə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Blinken tviter hesabında paylaşım edib.
Paylaşımında Türkiyənin Xarici İşlər Nazirliyi ilə işləməyə davam etməyi səbirsizliklə gözlədiyini bildirən Blinken, Türkiyənin NATO, müttəfiq və tərəfdaş kimi dəyərli olduğunu vurğulayıb.
Misirdə prezident seçkiləri dekabrın 10-12-də keçiriləcək
“Abrams” tanklarının ilk partiyası Ukraynaya vaxtından əvvəl çatdırılıb
Fransada ultra sağçılar yenidən senata qayıdıblar
Dmitri Peskov: Hazırda Putinin Qərb mediasına müsahibə verməsi məqsədəuyğun deyil
Tacikistan və Qırğızıstan sərhəd mövzusunda sərt bəyanatlardan çəkinmək barədə razılaşıb