×
A
A
A
Sazlamalar

Çində torpaq sürüşməsi 14 nəfərin ölümünə səbəb olub

Pekin, 4 iyun, AZƏRTAC

Çinin Siçuan vilayətində torpaq sürüşməsi 14 nəfərin ölümünə, 5 nəfərin itkin düşməsinə səbəb olub.
AZƏRTAC vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, təbii fəlakət Leşan şəhərində dağlıq-meşəlik ərazidə səhər saatlarında baş verib.
Hazırda davam edən axtarış işlərinə 180 nəfər cəlb olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2023-06-04 16:48:00