×
A
A
A
Sazlamalar

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Ağdama səfəri başlayıb

Ağdam, 4 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersenin işğaldan azad olunmuş Ağdama səfəri başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı həmməruzəçilər Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Ağdamda törədilən müharibə cinayətləri ilə, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Regionlar 2023-06-04 14:22:00