×
A
A
A
Sazlamalar

OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər

Bakı, 4 iyun, AZƏRTAC

OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.
AZƏRTAC xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.
Qeyd edək ki, nazirlərin son görüşü 2022-ci ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.
Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir.

Dünya 2023-06-04 05:18:00