×
A
A
A
Sazlamalar

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün and içərək vəzifəsinin icrasına başlayacaq

Bakı, 3 iyun, AZƏRTAC
Prezident seçkilərində 27 milyon 834 min 589 səslə qalib gələn Rəcəb Tayyib Ərdoğan bu gün yerli vaxtla saat 14:00-da Türkiyə Böyük Millət Məclisində and içərək rəsmən vəzifəsinin icrasına başlayacaq.
AZƏRTAC Türkiyə mediasına istinadla xəbər verir ki, inauqurasiya mərasimində 78 ölkədən yüksəkvəzifəli şəxslər - 21 dövlət başçısı, 13 baş nazir və bir sıra nazirlərlə yanaşı, aralarında Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da olmaqla, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Saat 19.00-da Çankaya Köşkündə xarici qonaqların şərəfinə şam yeməyi veriləcək.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni kabinetin tərkibini açıqlayacaq.

Dünya 2023-06-03 11:29:00