×
A
A
A
Sazlamalar

Xalq artisti benefisiarların rəsm flaşmobuna qoşulub

Bakı, 2 iyun, AZƏRTAC

Xalq artisti Tünzalə Ağayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müğənni mərkəzdə müxtəlif xidmət istiqamətləri üzrə fəaliyyət göstərən studiyalarda təlim prosesini izləyib, xalçaçılıq sahəsində qabiliyyətini sınayıb.
Onun repertuarından sevilən mahnıları mərkəzin istedadlı musiqiçilərinin ifasında dinləyib, gitaraçılarla birgə mahnısından bir hissə səsləndirib.
1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə mərkəzin həssas əhali qruplarına aid olan azyaşlı benefisiarları üçün rəsm flaşmobu təşkil edilib.
Tünzalə Ağayeva mərkəzin heyəti və benefisiarlara qoşularaq flaşmobda iştirak edib və “əl izi”ni molbert üzərindəki tabloya köçürüb.

Sosial 2023-06-02 17:01:00