×
A
A
A
Sazlamalar

İndiyədək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib

Bakı, 2 iyun, AZƏRTAC

Cari il mayın 1-dək “Şahdəniz” qaz-kondensat yatağından 192 milyard kubmetr qaz hasil edilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə iyunun 2-də Bakı Enerji Forumunda deyib.
Onun sözlərinə görə, bu günə qədər yataqdan 41 milyon ton kondensat da hasil olunub: “Yatağın qaz ehtiyatları 1,2 trilyon kubmetr, kondensat ehtiyatları isə 240 milyon ton qiymətləndirilir”.

Neft - qaz 2023-06-02 11:14:00