×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti Co Bayden ayağı büdrəyərək yıxılıb

Bakı, 2 iyun, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden Koloradoda Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində məzunlara diplomları təqdim edərkən ayağı büdrəyib və yıxılıb.
AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, cangüdənlər ABŞ-ın 80 yaşlı Prezidentinə ayağa qalxmağa kömək ediblər. O, heç bir xəsarət almayıb. Prezident Bayden 921 məzunun hər birinin əlini sıxmaq üçün təxminən bir saat yarım ayaq üstə dayanmalı olub.
Ağ evin kommunikasiya direktoru jurnalistlərə Prezidentin vəziyyətinin yaxşı olduğunu deyib. Ben LaBolt tviter səhifəsində yazıb ki, “Bayden əl sıxarkən səhnədə qum torbası olub”. Co Bayden özü isə Ağ evə qayıdarkən bu hadisə ilə bağlı jurnalistlərə zarafatla "qum torbasının üzərinə düşdüm" deyib.
Hadisənin görüntüləri göstərir ki, Bayden teleprompterini dəstəkləmək üçün istifadə edilən iki qum torbasından birinə işarə edir, burada ona Hərbi Hava Qüvvələri rəsmisi və Təhlükəsizlik xidmətinin iki əməkdaşı kömək edir. Qəzadan qısa müddət sonra, mərasimin sonunda ABŞ Prezidentinin sərbəst şəkildə oturacağına geri döndüyü və daha sonra kortejinə qaçdığı görülür.
Bu insident Co Baydenin növbəti prezident seçkilərində iştirakı ilə bağlı mübahisələri qızışdırıb. Çoxları hesab edirlər ki, həmin seçkilərdə 82 yaşı olacaq hazırkı dövlət başçısı namizədliyini irəli sürməməlidir.

Dünya 2023-06-02 10:47:00