×
A
A
A
Sazlamalar

Meksikada uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb

Bakı, 2 iyun. AZƏRTAC

Meksikanın qərbindəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapılıb.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, torbalarda tapılan cəsədlərin dəqiq sayı hələ bilinməsə də, içərisində həm kişi, həm də qadın meyiti olduğu bildirilir.
Çətin ərazi və zəif işıqlandırma şəraiti səbəbindən axtarışların daha bir neçə gün davam edəcəyi gözlənilir. İlk cəsəd torbası çərşənbə axşamı tapılıb, lakin çətin relyef şəraiti səbəbindən işlər çərşənbə gününə qədər dayanıb, bundan sonra da davam etdirilib.
Ölkə prokurorluğundan bildirilib ki, bütün qalıqlar toplanana qədər axtarışlar davam etdiriləcək.
Cəsəd torbalarının uçurumun kənarında necə qaldığı aydın deyil. Bununla belə, ölkədə itkin düşmə hallarına çox rast gəlinir.
Rəsmi məlumatlara görə, Meksikada 100 mindən çox insan itkin düşüb.

Dünya 2023-06-02 08:41:00