MDB-nin ekspertləri karantin obyektlərinin aşkar edilməsi və identifikasiyası üzrə təkmilləşdirmə məsələlərini müzakirə ediblər
Bakı, 1 iyun, AZƏRTAC
MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı ticarəti zamanı karantin obyektlərinin aşkar edilməsi və identifikasiyası üzrə metodikaların qarşılıqlı tanınması məsələləri üzrə İşçi qrupunun ikinci iclası keçirilib.
AZƏRTAC MDB-nin İcraiyyə komitəsinin saytına istinadla xəbər verir ki, iclasda İşçi qrupunun üzvləri MDB iştirakçısı olan dövlətlərdə milli qanunvericiliyə uyğun olaraq karantin obyektlərinin identifikasiyasının təşkil edilməsi barədə məlumat veriblər. Onlar karantin altında qalan yüklərin fitosanitar vəziyyətinin müəyyən edilməsinin nəticələrinin qarşılıqlı tanınması məsələsi üzrə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə təqdim olunmuş materialların xülasə icmalını hazırlamaq qərarına gəliblər.
İclasda gələcək fəaliyyətin perspektiv planının məzmunlu müzakirəsi aparılıb, karantin obyektləri və onların identifikasiya metodikalarının milli siyahılarının təhlilinin aparılması nəzərdə tutulub.
Tədbir iştirakçıları əməkdaşlığın nəticələrindən razı qaldıqlarını ifadə ediblər və bu sahədə birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb