×
A
A
A
Sazlamalar

S.Babaoğlu: "Albayrak Group" şirkəti Bakı portu terminallarının 15 il ərzində istismarı hüququnu qazanıb

Bakı, 1 iyun, AZƏRTAC
"Albayrak Group" şirkəti dəniz tikintisi, portların inkişafı, portların istismarı sahəsində dünyanın tanınmış şirkətlərindəndir. İstanbulda 1952-ci ildə yaradılan şirkət dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Təmsil etdiyimiz şirkət Bakı portu terminallarının 15 il ərzində istismarı hüququnu qazanıb.
Bu sözləri AZƏRTAC-a 28-ci Beynəlxalq Xəzər və Neft -Qaz sərgisinin iştirakçısı Türkiyənin "Albayrak Group" şirkətinin direktor müavini Samir Babaoğlu deyib.
S.Babaoğlu bildirib ki, “Albayrak Group" Bakı portunda konteyner və gübrələrin daşınması üzrə terminallar quraşdırıb: “Yatırılan investisiyalar həm ölkələrimiz arasında, həm də regionda yükdaşıma sahəsində mühüm əhəmiyyətə malikdir”.

Neft - qaz 2023-06-01 14:56:00