×
A
A
A
Sazlamalar

Sakinlər məlumatlandırılıblar ki, hər hansı bir daşqın anında təxliyə üçün hazır olsunlar – komissiya sədri

Biləsuvar, 31 may, İlkin Adıyev, AZƏRTAC

Dünəndən etibarən İran tərəfdən Bolqarçayla gələn sel suları ciddi təhlükə yaradıb. Hazırda təhlükənin qarşısının alınması istiqamətində müvafiq işlər görülür.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Biləsuvar Rayon Fövqəladə Hallar Komissiyanın sədri Azər Cəfərli bildirib.
“Lazım olan bütün mühəndis-texniki işlər görülüb. Buna baxmayaraq, təhlükə olan ərazilərdə sakinlər məlumatlandırılıblar ki, ehtiyat tədbirlərini görsünlər və hər hansı bir daşqın anında zəruri əşyalarla birlikdə təxliyə üçün hazır olsunlar”, - deyə o əlavə edib.
Bolqarçayda vəziyyətin dəyişkən olaraq qaldığını söyləyən A.Cəfərli deyib: “Hazırda yağan yağışın çaya təsirini gözləmirik. Amma İran tərəfdə yağan leysan xarakterli yağışlar son dərəcə təhlükə yaradır. Qeyd etdiyim kimi, selin qarşısını almaq üçün bütün lazımi tədbirlər görülüb. Buna baxmayaraq, təhlükə qalmaqdadır”.

Regionlar 2023-05-31 18:21:00