×
A
A
A
Sazlamalar

Şəmkirdə narkotik yetişdirən şəxslər saxlanılıb

Şəmkir, 31 may, Elcan Məmmədov, AZƏRTAC

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Xəyyam Eyvazov saxlanılıb. Üzərindən marixuana aşkar edilən X.Eyvazovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - “Kannabis” bitkiləri aşkarlanaraq götürülüb.
Keçirilən digər bir tədbir nəticəsində üzərindən marixuana aşkarlanan İlqar Məmmədov ifadəsində yaşadığı evdə çətənə kolları əkdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Kür Polis Bölməsinin əməkdaşları isə daxil olmuş məlumat əsasında rayonun Düzqışlaq kənd sakini Mübariz Musayevin həyətyanı sahəsindən narkotik xassəli çətənə bitkiləri aşkarlayıb.
Bundan başqa, bölmə əməkdaşları Qaracaəmirli kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarını aşkarlayaq yandırma yolu ilə məhv edib.
Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

 

Regionlar 2023-05-31 14:14:00