×
A
A
A
Sazlamalar

Monqolustan nümayəndə heyəti ilə görüşdə qida sahəsində ticarət əlaqələrindən bəhs olunub

Bakı, 31 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində Monqolustanın ölkəmizdəki fəxri konsulu Könül Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüş zamanı agentliyin sədr müavini Zəkiyyə Mustafayeva qurumun fəaliyyət istiqamətləri, hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları nümayəndə heyətinin diqqətinə çatdırılıb.
Müzakirələrdə qanunla bağlı yeniliklər, iki ölkə arasında qida sahəsində ticarət əlaqələri və Monqolustandan respublikamıza idxal olunan heyvan mənşəli məhsullarda xəstəliklərə nəzarət tədbirlərinə də toxunulub. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.

 

 

Sosial 2023-05-31 11:11:00