×
A
A
A
Sazlamalar

Ümummilli Lider hakimiyyətdə olduğu dövrlərdə gənc nəslin elmə yiyələnməsinə xüsusi həssaslıqla yanaşıb

Sumqayıt, 31 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutun birgə təşkil etdiyi “Heydər Əliyev - gənclər siyasəti və sabahın alimləri” konfransı maraqlı çıxışlar və müzakirələrlə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Gənclər Evində keçirilən konfrans Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransın açılış iclasında çıxış edən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun baş direktoru Bəxtiyar Məmmədov Ulu Öndər Heydər Əliyevin müstəqilliyin qorunub saxlanılması istiqamətindəki əvəzsiz xidmətlərindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratmasından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırmasından danışıblar.
Qeyd edilib ki, Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə gənc nəslin elmə yiyələnməsinə xüsusi həssaslıqla yanaşıb, gənclərin müxtəlif sahələrdə ixtisaslaşması, gənc alimlərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması üçün əvəzsiz xidmətlər göstərib. Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyi vurğulanıb.
Çıxış edən Vətən müharibəsi qazisi, polkovnik-leytenant Ehtiram Məmmədov, Polimer Materialları İnstitutunun elmi katibi, dosent Solmaz Rzayeva, Beynəlxalq əlaqələr və qrant layihələr şöbəsinin müdiri Esmira İmanova və başqaları Azərbaycan elminin inkişafı, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və digər ölkələrin təcrübəsinə uyğun strategiyaların həyata keçirilməsi məqsədilə Ümummilli Lider tərəfindən təhsilin inkişafına göstərilən qayğıdan danışıblar.
Konfrans müzakirələrlə davam edib.

 

 

Regionlar 2023-05-31 10:59:00