×
A
A
A
Sazlamalar

“ASAN Məktub” uşaqların arzularını növbəti dəfə gerçəkləşdirib

Bakı, 31 may, AZƏRTAC

“ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramının və “Yeni klinika” tibb müəssisəsinin tərəfdaşlığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti xeyriyyə aksiyası həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ASAN könüllüləri və tibb müəssisəsinin əməkdaşları Şirvan regionundakı 26 aztəminatlı ailənin uşaqlarının arzularını reallaşdırıb.
Sonra “Mədəniyyət carçısı” proqramının təşkilatçılığı ilə könüllülərin təqdimatında “Tıq-Tıq xanım” tamaşası səhnələşdirilib.

 

Sosial 2023-05-31 10:14:00