×
A
A
A
Sazlamalar

Sumqayıtda piyada yol qəzasında ölüb

Sumqayıt, 30 may, AZƏRTAC

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə keçən axşam Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 64 yaşlı Tofiq Kərimovu "Ford" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-05-30 14:45:00