×
A
A
A
Sazlamalar

Kəlbəcərin Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xətt çəkilib

Bakı, 30 may, AZƏRTAC

“Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb.
ASC-dən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, “Azərişıq” ASC işğaldan azad olunmuş regionlarımızda yenidənqurma işlərini davam etdirir.
Yüksək dağlıq relyefi və çətin yolları olan Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib. Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə edilməklə 22 kilometr uzunluqda xətt çəkilib, 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər eketrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, “Azərişıq” ASC tərəfindən 2021-ci il iyulun 18-də Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
Prezident İlham Əliyev ötən il iyunun 26-da Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.

 

 

 

Regionlar 2023-05-30 12:51:00