×
A
A
A
Sazlamalar

Şəkidə intellektual oyunun qalibləri müəyyənləşib

Şəki, 30 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun məktəb komandaları arasında Elm və Təhsil Nazirliyi, “Kapital Bank” və Təhsil Oyunları Platformasının birgə təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə keçirilən açıq kubok yarışının qalibləri müəyyənləşib. Şəki rayonu Qoxmuq kənd tam orta məktəbin akt zalında keçirilən yarışda 21 məktəb komandası iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, yarışın yekun nəticələrinə əsasən, şəhər Kimya-biologiya təmayüllü liseyin “KVEBEK” komandası intellektual oyunun qalibi adını qazanıb. Şəhər 18 nömrəli tam orta məktəbin “Çələbi xan” komandası ikinci, Oxud kənd tam orta məktəbin “Şuşa” komandası isə üçüncü yerə layiq görülüblər.
Yarışın qalibləri kubok və diplomlarla mükafatlandırılıblar.

Regionlar 2023-05-30 10:43:00